Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
AvroMedia.Az xəbər verir ki, müraciətdə deyilir:“Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
- Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;
- Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər;
- Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər;
- Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər.
Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərlər zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir”.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri