Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.
AvroMedia.Az xəbər verir ki, diametri 450 mm olan magistral xətdə aparılacaq qəza-bərpa işləri ilə əlaqədar olaraq mayın 7-si saat 00:00-dan etibarən şəhərin bir sıra küçə və yaşayış massivlərində gün ərzində suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.
Su kəsintisi M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələri, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.
Qəzanın aradan qaldırılmasından sonra su təchizatının bərpası təmin olunacaq.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri