Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun yeni təyinatlı şəxslərlə keçirdiyi görüşlər və onların sosial şəbəkələrdə paylaşılması bir müddətdir ictimai müzakirələrə səbəb olur.
Bir müddət əvvəl icra başçısının rayon ərazisində fəaliyyət göstərən bank filiallarından birinə yeni təyin olunan müdirlə görüşü gündəmə gəlmişdi. Görüş barədə İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılmış, başçının yeni təyinatla bağlı uğurlar arzuladığı və maliyyə savadlılığı, sahibkarlığın inkişafı kimi mövzularda fikir mübadiləsi apardığı qeyd olunmuşdu. Lakin həmin paylaşım sosial şəbəkələrdə birmənalı qarşılanmamış, bir çox istifadəçi bu tip görüşlərin ictimai informasiya baxımından ciddi məzmun daşımadığını bildirərək tənqid etmişdi.
AvroMedia.Az xəbər verir ki, oxşar formatda növbəti görüş mayın 1-də keçirilib.
Bu dəfə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov rayon icra və probasiya şöbəsinə yeni təyin olunan rəis Mətləb Ələkbərovu qəbul edib.Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Kapital Bank”-ın rayon filialına yeni təyin edilmiş müdiri İlkin Mehtiyevi qəbul edib.Görüş zamanı icra başçısı yeni təyinat münasibətilə rəisi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Başçının görüşü sosial mediada yenidən müzakirə doğurub. Yayılan fotolardan məlum olur ki, icra başçısı qonağı ilə üz-üzə deyil, baş tərəfdə oturub. Bu isə sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Xəbərə və fotoya münasibət bildirənlər yazıblar ki, icra başçısının qonağını belə qəbul etməsi doğru deyil: “Qonaqla üz-üzə əyləşmək lazımdır”.
Bəzi istifadəçilər isə Müstəqim Məmmədovun hərəkətlərini dəstəkləyiblər. Onlar bildiriblər ki, belə əyləşmək protokola ziddi deyil, ona görə də başçını qınamaq olmaz.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri