Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında bir neçə gündür yük avtomobillərinin uzun növbəsi yaranıb.
AvroMedia.Az Baku TV-yə istinadən xəbər verir ki, hazırda yüzlərlə avtomobil buraxılış məntəqəsindən keçmək üçün sıraya düzülüb. Sürücülər şəraitin ağır olduğunu bildirirlər.
"Gecə yatmamışıq. Yeməkxana yoxdur, tualet yoxdur, ümumiyyətlə, heç bir şərait yoxdur. Park yerləri yaradılsa da, insanlar küçələrdə qalırlar. Yük xarab olur, gecikir. Bütün bunlar zərərdir", - sürücülərdən biri deyib.
Digər sürücü isə bildirib: "Biz bir həftədir buradayıq. "Qırmızı körpü"dən çıxmışıq, bir həftədir yollardayıq. Təxminən 20 kilometr uzunluğunda növbə var. İnsanlar gecə-gündüz burada qalırlar, nə tualetə gedə bilir, nə də su tapa bilirlər. Artıq 16 saatdır yuxusuzam".
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yerləşən "Samur", "Xanoba" və "Şirvanlı" gömrük postlarından yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılışla bağlı hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri