Azərbaycanda biznes qurmaq və ictimai iaşə obyektləri açmaq istəyənlərin sayı artdıqca, bu sahədə qanunvericiliyin tələbləri də aktuallaşır. Bir çox sahibkar fəaliyyətə başlamaq istəsə də, qarşıda duran hüquqi prosedurlar və icazələrlə bağlı kifayət qədər məlumatlı olmur.
Bəs obyekt açmaq üçün hansı mərhələlərdən keçmək lazımdır və sahibkarlar nələrə diqqət etməlidir?
AvroMedia.Az Milli.az-a istinadla xəbər verir ki, bunun üçün ilkin olaraq sahibkarlıq fəaliyyəti rəsmi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmək lazımdır.
Bu fəaliyyətlə məşğul olmaq üçün sahibkar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və VÖEN əldə etməli, vergi rejimi seçilməli və kassa aparatı qeydiyyata alınmalıdır.
Obyekt sahibkara məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış təqdim edilməlidir. Obyekt icarəyə götürüldükdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi tələb olunur. Obyektin təyinatı qeyri-yaşayış sahəsi olmalıdır.
Bununla yanaşı obyekt açarkən müvafiq qurumlardan sanitar-epidemioloji rəy alınmalıdır. Fəaliyyətə başlamazdan əvvəl obyektin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq rəy alınmalıdır.
Bəzi fəaliyyətlər üçün lisenziyalar da tələb oluna bilər. Elektrik, qaz və su təchizatı ilə bağlı sahibkarın adına kommunal müqavilələr olmalıdır.
Obyektdə fəaliyyət göstərəcək işçilər tibbi müayinədən keçməli, tibbi rəy alınmalı və işçilərlə əmək müqaviləsi bağlanmalıdır.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri