Həftəsonu paytaxtda təmir işlərinin davam etdirilməsi ilə bağlı olaraq bir sıra ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.
AvroMedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, 01 may saat 23:00-dan 04 may saat 07:00-dək paytaxtın Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Eyni zamanda 01–03 may tarixlərində xarici dairəvi yolda ("20 Yanvar" istiqaməti) hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq olunacaq.
Məlumat üçün bildirək ki, xarici dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri