Bu tarixdən Xəzərdə balıq ovuna qadağa tətbiq olunacaq
Tarix: 29-04-2026, 18:00
Baxılıb: 7 028
Google+ Paylaş
Tumblr Paylaş

Bu tarixdən Xəzərdə balıq ovuna qadağa tətbiq olunacaq

29-04-2026, 18:00

Mayın 1-dən tXəzər hövzəsində balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" Publik Hüquqi Şəxsi məlumat yayıb.
Mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.
Xatırladaq ki, aprelin 1-dən Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sentyabrın 1-dək qadağan edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ