Şahdağda qar, rayonlarda yağış yağır - Faktiki hava
Tarix: 29-04-2026, 12:22
Baxılıb: 7 029
Google+ Paylaş
Tumblr Paylaş

Şahdağda qar, rayonlarda yağış yağır - Faktiki hava

29-04-2026, 12:22

Milli Hidrometeorologiya Xidməti saat 11:00-a olan faktiki havanı açıqlayıb.
AvroMedia.Az xəbər verir ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur.
Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər ərazilərə isə yağış yağır.

Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki, Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl, Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu, Naftalanda 5, Mingəçevir, Kürdəmir, Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab, Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy, Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan, Şərurda 1 mm-dir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ