Metronun “Həzi Aslanov” stansiyasında təmir nə zaman bitəcək?
Tarix: 27-04-2026, 16:59
Baxılıb: 7 046
Google+ Paylaş
Tumblr Paylaş

Metronun “Həzi Aslanov” stansiyasında təmir nə zaman bitəcək?

27-04-2026, 16:59

Metronun “Həzi Aslanov” stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.
Bu barədə AvroMedia.Az  Bakı Metropolitenindən məlumat verilib.
Bildirilib ki, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı:
“Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir”.

Qeyd olunub ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ