İTV-yə direktor seçkisi: “Müzakirə aparılmadı”
Tarix: 25-04-2026, 15:00
Baxılıb: 7 036
Google+ Paylaş
Tumblr Paylaş

İTV-yə direktor seçkisi: “Müzakirə aparılmadı”

25-04-2026, 15:00

Aprelin 24-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım şurasının növbəti iclası keçirilib.
AvroMedia.Az TRend-ə istinadla xəbər verir ki, bu barədə Yayım Şurasının üzvü Azər Həsrət danışıb.

O bildirib ki, iclasda ümumi gündəlikdə olan mövzular müzakirə edilib, maliyyə məsələlərinə baxılıb, 2025-ci ilin hesabatı qəbul edilib:
"Baş direktorun seçkisi ilə bağlı müzakirə aparılmadı. Çünki hələ ki vakansiya elanı verilib, mayın 8-dək namizədliklər irəli sürüləcək. Bundan sonrakı iclasların birində, təxminən mayın sonunda baş direktor seçkisi baş tutacaq".
Xatırladaq ki, aprelin 23-də Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ