Türkiyədə 15 yaşını tamamlamayan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qəbul edilib.
AvroMedia.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi yeni qanuna əsasən, sosial şəbəkə platformaları 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərə bilməyəcək və bunun üçün yaş təsdiqi mexanizmləri tətbiq etməli olacaq.
Qanuna əsasən, 15 yaşdan yuxarı uşaqlar üçün ayrıca, təhlükəsiz və nəzarət olunan xidmətlər təqdim olunmalıdır. Eyni zamanda, platformalar valideyn nəzarəti alətləri yaratmağa, istifadə müddətinin izlənməsi və məhdudlaşdırılması imkanlarını təmin etməyə borcludur.
Bildirilib ki, sosial şəbəkə şirkətləri aldadıcı reklamların qarşısını almaq üçün də əlavə tədbirlər görməlidir.
Yeni tələblərə əməl etməyən platformalara qarşı ciddi sanksiyalar nəzərdə tutulur. Bu çərçivədə reklam qadağası tətbiq oluna, eləcə də internet trafiki mərhələli şəkildə 50 faizdən 90 faizə qədər məhdudlaşdırıla bilər.
Qeyd edək ki, qanun dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri