Son illərdə Azərbaycanda yaz və payız fəslinin sıradan çıxması, havanın bir qayda olaraq ya soyuq, ya da isti keçməsi müşahidə edilir. Hazırda aprel ayı olmasına baxmayaraq, paytaxt Bakıya intensiv yağışlar, dolu, regionlara isə qar yağır.
AvroMedia.Az Globalinfo.az-a istinadən xəbər verir ki, ekspertlər qlobal istiləşmənin Azərbaycandan da yan keçmədiyini bildirirlər. Bundan sonra da mart-aprel aylarında analoji yağıntıların müşahidə olunacağı ehtimal edilir.
Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, iqlimşünas və biofizik Aleksey Karnauxov iqlim dəyişiklikləri ilə bağlı maraqlı fikirlər səsləndirib.O bildirib ki, qlobal istiləşmə yaxın gələcəkdə dünyanın bir sıra regionlarında əbədi qar dönəmini başlada bilər:
“Gələcəkdə xüsusilə Rusiyanın Avropa hissəsində qarın əriməməsi gözlənilir. Ölkənin bu hissəsində may və aprel ayları artıq qış ayları hesab edilə bilər. 2026-cı ilin qışı normaldan daha soyuq olub. Mənfi 30°C qeyri-adi haldır. Qlobal istiləşmə Avropada, ümumiyyətlə, Rusiyanın Avropa hissəsində, Şimali Amerikada və Şimali Atlantika bölgəsində yeni buz dövrünə səbəb ola bilər”.
İqlimşünas prosesin dünyanın müxtəlif regionlarında yaşanacağını proqnozlaşdırıb.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri