Ağdama növbəti köç karvanı yola salınıb
Tarix: 21-04-2026, 08:22
Baxılıb: 3 526
Google+ Paylaş
Tumblr Paylaş

Ağdama növbəti köç karvanı yola salınıb

21-04-2026, 08:22

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
AvroMedia.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 332 nəfərdən ibarət 92 ailə yola salınıb.
Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ