Sabah Sumqayıtda suyun verilişində fasilə yaranacaq və bu, 25 min nəfərin yaşadığı əraziləri əhatə edəcək.
AvroMedia.Az xəbər verir ki, Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Buna səbəb şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləridir. İşlərlə əlaqədar olaraq 21 aprel 2026-cı il tarixində səhər saat 09:00-dan etibarən axşam saatlarınadək suyun verilişi dayandırılacaq.
Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacağı bildirilib.
Qurumdan qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək. Əhaliyə əvvəlcədən ehtiyat su toplamaları tövsiyə olunur.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri