Yaz aylarında allergik xəstəliklərin artması müşahidə olunur.
AvroMedia.Az xəbər verir ki, bu dövrdə halsızlıq, burun axıntısı, asqırma və gözlərdə sulanma kimi əlamətlər bir çox insanda özünü göstərir.
Həkim-allerqoloq Aynur Seyidovanın sözlərinə görə, fevralın sonundan başlayaraq ağacların çiçəklənməsi prosesi mayın sonuna qədər davam edir. Bu zaman bitki tozcuqları, polenlər küləklə yayılaraq tənəffüs yollarına, gözlərə və dəriyə təsir edir və allergik iltihab yaradır. Bu hal tibbdə pollinoz, yəni mövsümi allergiya adlanır.
Həkim bildirib ki, mövsümi allergiyanın əsas simptomları burunda şəffaf axıntı, qaşınma, tez-tez asqırma, burun tutulması, gözlərdə sulanma, qızartı və şişkinlikdir.
Onun sözlərinə görə, bronxial astma xəstələrində isə bu dövrdə xəstəlik kəskinləşə bilər. Belə hallarda öskürək, nəfəs darlığı, xışıltı, bəzən isə dəridə qaşıntı və səpkilər müşahidə olunur.
A.Seyidova polenlərdən qorunmaq üçün bir sıra tövsiyələr də verib. O qeyd edib ki, polenlər xüsusilə səhər və günorta saatlarında daha çox olur, axşam saatlarında və yağışdan sonra isə azalır.
Mütəxəssis məsləhət görür ki, polen mövsümündə səhər və günorta saatlarında, xüsusilə küləkli havalarda açıq havada az vaxt keçirilsin, zərurət olmadıqda bayıra çıxılmasın. Açıq havada olarkən qoruyucu geyimlərdən istifadə edilməsi, evə daxil olduqdan sonra paltarların dəyişdirilməsi və yuyunma vacib sayılır.
Bundan əlavə, paltarların açıq havada qurudulmaması, ev və avtomobildə pəncərələrin bağlı saxlanılması, həmçinin polen filtrli kondisionerlərdən istifadə edilməsi tövsiyə olunur.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri