Aprelin 19-da gözlənilən hava proqnozu açıqlanıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri