13 fevral 2026-cı il tarixində ADA Universiteti-də “Haji Zeynalabdin Taghiyev award” çərçivəsində həyata keçirilən, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq edən “Məndən yox, mənimlə danış” layihəsinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə universitetin professor-müəllim heyəti, inzibati əməkdaşları və tələbələri, ictimai təşkilat nümayəndələri, ekspertlər və əlilliyi olan şəxslər iştirak ediblər.
Açılış mərasimində universitetin müəllim-professor heyəti və tərəfdaş qurumların nümayəndələri çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə çıxış edənlər arasında layihənin mentoru professor Təbriz Cəfərov, layihənin tərəfdaşı olan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Günay Ağayeva, “Əlil Təşkilatları İttifaqı”-nın prezidenti Davud Rəhimli, “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova, “Ümid var” İnklüsiv Yaradıcılıq Birliyinin sədri Nazilə Məhərrəmova və ADA məktəbinin müəllimi Həsən Hüseynli yer alıblar.
Layihə üzvləri öz təqdimatlarında təşəbbüsün əsas istiqamətləri barədə danışaraq qeyd edib ki, layihənin məqsədi əlilliyi olan şəxslərə münasibətdə stereotiplərin azaldılması, gənclərin maarifləndirilməsi və cəmiyyətdə bərabər iştirak imkanlarının təşviqidir. Layihə çərçivəsində təlimlər, fokus qrup görüşləri, sosial maarifləndirici videolar, ictimai tədbirlər və məlumatlandırma kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.
Tədbirin bədii hissəsində Ümid var İnklüziv Yaradıcılıq Birliyi və Kashalata kafesinin nümayənədəsi tərəfindən yaradıcılıq nümunələri təqdim olunub, həmçinin iştirakçılar üçün sosial inteqrasiyanı təşviq edən musiqi və rəqs çıxışları nümayiş etdirilib.
Tədbir müddətində bildirilib ki, təşəbbüsün əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətin tamhüquqlu üzvləri kimi qəbul olunmasına töhfə vermək, əlçatanlıq və bərabərlik dəyərlərini təşviq etmək, eləcə də ictimai şüurun formalaşdırılmasına dəstək olmaqdır. Layihənin növbəti mərhələlərində təlim proqramları, sosial eksperiment videoları və regionlarda maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

İlhamə NUR

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu