Qırğızıstan Prezidentinin “İntimak Ordo” iqamətgahında Qırğızıstan Prezidenti Sadır Japarov və Monqolustan Prezidenti Uxnaaqyin Xurelsux arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Prezident Sadır Japarov köçəri həyat tərzinin, tarix və mədəniyyətin iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Bu görüşə dəvət alan, Qırğızıstanda fəaliyyət göstərən "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək" Fondunun sədri, Nüsrət Məmmədov və qızı Qırğızıstan "Xarici İşlər Nazirliyinin Kazı Dikambaev adına Diplomatik Akademiyası"nın 2-ci kursunu bitirmiş Aytən Məmmədovanın yer alması və rəsmi şəxslərlə şəkil çəkdirməyə dəvət olunması diqqət mərkəzində olub.
Xatırladaq ki, Nüsrət Məmmədov Qırğızıstanda, həmçinin orta Asiyada diasporamızı layiqıncə yaşadır, öz maliyyəsi hesabına Azərbaycanımızın tarixi, siyasi, ziyalı şəxslərimizin haqqında kitablar nəşr etdirərək pulsuz paylayır.
Bilman İSAQ



Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu