Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir.
Bu barədə AvroMedia.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat verilib.
Bildirilib ki, belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar:“Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayətçi olmadıqda arxa oturacaqda daşımaq qadağandır və belə hallar inzibati məsuliyyət yaradır”.
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan qaydaların gələcəyimiz olan uşaqların təhlükəsizliyinə hesablandığını bir daha xatırladır və həmin tələbləri pozmaqla bədbəxt hadisələrə rəvac verən sürücüləri yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır.

Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub