Market alış-verişi gündəlik həyatımızın ayrılmaz hissəsidir. Lakin kassadan aldığımız kağız qəbzlər (çeklər) sağlamlıq üçün təhlükəli ola bilər.
AvroMedia.az xəbər verir ki, bəzi araşdırmalara görə, kağız qəbzə 10 saniyədən çox toxunmaq sağlamlıq üçün risk yarada bilər.
Əksər market çekləri termal kağızdan hazırlanır. Bu kağızların üzərinə yazı istilik vasitəsilə köçürülür və bunun üçün mürəkkəb istifadə olunmur. Lakin bu texnologiya bisfenol A (BPA) və ya bisfenol S (BPS) kimi kimyəvi maddələrdən istifadəni tələb edir. Bu maddələr dəri ilə təmas zamanı bədənə keçə və müəyyən sağlamlıq riskləri yarada bilər.
Əgər çeklərə uzun müddət toxunsanız – xüsusilə də əlinizdə kəsik və ya yara varsa, bu kimyəvi maddələrin dəri vasitəsilə bədənə keçmə ehtimalı artır. Əllə üzə və ya ağıza toxunmaq da bu maddələrin ağız yolu ilə qəbuluna səbəb ola bilər.
Mütəxəssislər çek kağızlarına mümkün qədər az müddətdə toxunmağı məsləhət görürlər. 10 saniyəlik sərhəd kimyəvi maddələrin dəriyə keçmə ehtimalını minimuma endirmək üçün müəyyən olunub.
Market çeklərinə ehtiyac olmadıqda toxunmamaq, onları tez bir zamanda atmaq və əlləri yumaq kimi sadə tədbirlər sizi və yaxınlarınızı potensial zərərli təsirlərdən qoruya bilər.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?