Qurban bayramı ilə bağlı fətva verildi
Tarix: 22-05-2025, 12:57
Baxılıb: 2 619
Google+ Paylaş
Tumblr Paylaş

Qurban bayramı ilə bağlı fətva verildi

22-05-2025, 12:57

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
AvroMedia.az “Report”a istinadən xəbər verir ki, fətva Qazılar Şurasının bugünkü geniş toplantısında qəbul olunub.
Fətvada bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə iyunun 6-na təsadüf edəcək.
Şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 6-dan başlayaraq 3 gün davam edə bilər.
İyunun 6-da məscidlərdə bayram namazı qılınacaq.
Qeyd edək ki, Azərbaycanda 6-7 iyun Qurban bayramı günləri qeyri-iş günü elan edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ