Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna qoyulan məhdudiyyətlə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 2025-ci il 8 mart tarixində, saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
"BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir", - xəbərdarlıqda qeyd olunub.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...