“Arif Babayevə 100 quzu kəsəcəyəm”
Tarix: 21-02-2025, 11:53
Baxılıb: 2 160
Google+ Paylaş
Tumblr Paylaş

“Arif Babayevə 100 quzu kəsəcəyəm”

21-02-2025, 11:53

“Əhd etmişəm ki, Arif Babayevin 100 illik yubileyinə 100 quzu kəsəcəyəm”.
AvroMedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov Xalq artisti Arif Babayevlə bağlı deyib. “Qonaqcanlı” verilişi ilə birlikdə A.Babayevin ad günündə onun evinə gedən müğənni arzusunu səsləndirib:
“Sizin 100 illiyinizə nə qalıb ki? Arif müəllimin 80 yaşı tamam olanda dedim ki, sizin 100 illiyinizdə 100 ədəd quzu gətirəcəyəm. Cavab verdi ki, indi o 10 ədəd quzunu gətir qalsın 90-nı”.
A.Babayev isə İ.Əhmədovun bu sözlərinə gülərək “Quzunun doqquzunu gözləyirəm. Çox uzaq eləmə” cavabını verib.
Qeyd edək ki, ötən gün Arif Babayevin 87 yaşı tamam olub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ