Yanğın zamanı Mahsunla qızı orada olub
Tarix: 22-01-2025, 10:33
Baxılıb: 2 261
Google+ Paylaş
Tumblr Paylaş

Yanğın zamanı Mahsunla qızı orada olub

22-01-2025, 10:33

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzində baş verən yanğın zamanı məşhur müğənni Mahsun Kırmızıgül də qızı ilə yaxınlıqdakı hoteldə olub.
AvroMedia.az xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında yazıb. Mahsun 8 yaşlı qızı Lavinlə semestr tətili üçün Kartalkayaya getdiyini bildirib:
"Qızımla iki gün əvvəl Kartalkayaya semestr tətilində gəldik və gecə yarısı yanğın səslərinə yuxudan oyandıq. Böyük panika və çarəsizlik var idi. Yer sözün əsl mənasında can bazarına çevrilmişdi. Uşaqların və qadınların qışqırtıları eşidilirdi. Nə baş verdiyini anlamağa çalışarkən o dəhşət anları qan dondururdu.
Həlak olanlara Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Belə dramatik bir atmosferdə insanların çarəsizliyinə şahid olmaq mənə həyatın necə kövrək olduğunu bir daha xatırlatdı. Bu faciəli hadisə məni çox sarsıtdı. Oradan ayrılanda qızımı mənə "Ata, uşaqlar orada öldü” sualını verəndə içim qan ağladı".
Qeyd edək ki, yanğın zamanı ölənlərin sayı 76-ya çatıbскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ