Ermənistanın Baş nazir Nikol Paşinyan əlilliyi olan şəxslərin də orduda hərbi xidmət etməsi yönündə çıxış edib.
AvroMedia.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Paşinyanın sözlərinə görə, əlil arabasında oturan adam da orduda xidmət növünü yerinə yetirə bilər: “Məlum olub ki, bizim qanunvericiliyimiz heç bir halda əlilliyi olan şəxslərin Fövqəladə Hallar Nazirliyində, xilasetmə xidmətində işə götürülməsinə icazə vermir.
Bu gün orduda elə xidmət növləri var ki, əlil arabasında oturan, hərəkət qabiliyyəti məhdud olan şəxs səmərəli fəaliyyət göstərə bilər. Bu, bir tərəfdən əlillərin öz imkanlarından tam istifadə etməsinə şərait yaradacaq, digər tərəfdən isə onların ictimai həyata tam inteqrasiyasına şərait yaradacaq”.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı