Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
AvroMedia.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 352-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə tətbiq edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı