“Azərbaycan Dəmir Yolları” QSC (ADY) COP29-a hazırlıq çərçivəsində 2 noyabr tarixində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında kütəvi iməcilik aksiyası keçirib.
AvroMedia.az xəbər verir ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyaları üzrə təşkil olunmuş iməcilikdə ADY-nin struktur bölmələri və törəmə təşkilatların əməkdaşları iştirak ediblər.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyiblər.
Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə münasibəti dəyişmək, ekoloji problemlərə diqqət çəkmək və təbiəti qorumağın vacibliyini vurğulamaqdır.
Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.
[/spoiler]

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu