Bakıda 266 saylı məktəbdə 2 şagird sinif yoldaşını məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən çölə sallayıb. Uşağın ağlayıb qışqırdığını görən digər sinif yoldaşları onu xilas ediblər.
AvroMedia.az xəbər verir ki , hadisə iki gün əvvəl sinif yoldaşları arasında zarafatlaşmadan sonra baş verib.
Pəncərədən salladılan uşaq bu barədə müəllimlərə məlumat verdiyini deyib. Onun sözlərinə görə sinif yoldaşlarına etiraz etdikdə, onlar “zarafat edirik, səni pəncərədən atmırıq ki” cavabını veriblər.
Uşağın valideyni övladının ciddi travma aldığını, adı hallanan 2 şagirdin dəfələrlə digər sinif yoldaşlarına qarşı da anormal davranış sərgilədiyini bildirib.
266 saylı məktəbdən isə bildirilib ki, sözügedən şagirdlərin valideynləri məktəbə dəvət olunub. Onlara övladılarının davranışlarına diqqətin artırılması ilə bağlı tövsiyə verilib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu