Məhkəmədə uşaqların fikri nə vaxt nəzərə alınır?
Tarix: 1-11-2024, 21:23
Baxılıb: 2 953
Google+ Paylaş
Tumblr Paylaş

Məhkəmədə uşaqların fikri nə vaxt nəzərə alınır?

1-11-2024, 21:23

Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququ vardır. Uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla, məhkəmə qərar verərkən 10 yaşına çatmış uşağın fikrini mütləq nəzərə almalıdır. Məhkəmə (hakim) aşağıdakı hallara dair yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər:
1) 10 yaşına çatmış uşağın adının və ya soyadının dəyişdirilməsi,
2) valideynlərin valideynlik hüquqlarının bərpa olunması,
3) uşağın övladlığa götürülməsi,
4) övladlığa götürülmüş uşağın adının, ata adının və soyadının dəyişdirilməsi,
5) övladlığa götürənlərin uşağın valideynləri kimi yazılması,
 Bununla yanaşı, məhkəmə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ