Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layihəsi hazırlanıb.
Bu barədə AYNA-da keçirilən ictimai dinləmə zamanı deyilib.
Bildirilib ki, layihə çərçivəsində Nizami küçəsində yolun sol kənarında mikromobillik zolaqlarının təşkili, 2 hərəkət zolağı və sağ kənarda paralel və perpendikulyar parklanma yerlərinin təşkili nəzərdə tutulur: “Sözügedən mikromobillik zolaqları Nizami küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində təşkil ediləcək. Standartlar çərçivəsində yeni nişanlanma xətlərinin təşkili zamanı öncədən mövcud olan sayda hərəkət zolaqları saxlanılacaq”.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni layihələrlə bağlı növbəti ictimai dinləmə keçirilib. Dinləmədə bir sıra məsələlər müzakirə olunub.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı