Kərə yağı yenə bahalaşacaq
Tarix: 27-08-2024, 20:25
Baxılıb: 2 714
Google+ Paylaş
Tumblr Paylaş

Kərə yağı yenə bahalaşacaq

27-08-2024, 20:25

“Yeni Zelandiyada kərə yağının bir kiloqramı 6-7 manata başa gəlir. Azərbaycan gömrüyünə qədər 9 manata gətirirlər. 9 manata gətirilən kərə yağı Azərbaycan bazarında təxminən 18-20 manata satılır. Amma bəzilərini də gətirib Azərbaycanda qablaşdırırlar. Həmin o qablaşdırılan yağlara da ucuz yağ qatılır. Belə olan halda qiymət daha da bahalaşır və 18-20 manata satılan yağ 22-23 manata, hətta 25 manata istehlakçılara təklif edilir”.
AvroMedia.az xəbər verir ki,bunu  iqtisadçı ekspert Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, ölkə daxilində istehsalın azalması və onun maya dəyərinin artması kərə yağının qiymətinin artmasına gətirib çıxarır:
“Heyvandarlıq məhsulları, o cümlədən də kərə yağı getdikcə həm bahalaşır, həm də istehsalı aşağı düşür. Bu səbəbdən də biz idxala üstünlük veririk. Qarşıdakı aylarda kərə yağının qiymətində tədricən bahalaşma gözləniləndir”./Bakupost.azскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ