“BakıKart”ın mobil tətbiqi 5 gündür işləmir, hələ də bank kartlarından “BakıKart”a pul yükləmək mümkün deyil”.
AvroMedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Vətəndaşlar tətbiqdəki cüzdan bloklandığı üçün balansdakı puldan istifadə edə bilmədiklərindən şikayət edirlər.
Hazırda problemin həlli ilə bağlı hansı işlər görülür? Problem nə vaxt aradan qaldırılacaq? Bu suallarla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır:
“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.
Qeyd edək ki, daha əvvəl də “BakıKart” tətbiqində problemlərin olması ilə bağlı məlumat yayılmışdı. Sərnişinlər texniki nasazlıq səbəbindən tətbiqdən istifadə edə bilmədiklərini deyirdilər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu