Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Tarix: 20-05-2024, 15:35
Baxılıb: 2 579
Google+ Paylaş
Tumblr Paylaş

Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı

20-05-2024, 15:35

Azərbaycanda 91 min 196 aliment ödəyicisi var.
AvroMedia.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, yerli icra hakimiyyəti orqanlarının məlumatına əsasən, keçən il Bakının 12 rayonu üzrə 26 min 822 (2022‐ci ildə 26 min463), Azərbaycanın bölgələri üzrə 64 min 374 (2022‐ci ildə 58 min 157) aliment ödəyicisi var.
Vurğulanıb ki, 2022‐ci illə müqayisədə aliment ödəyicilərinin sayı artıb. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır.
Bundan başqa, borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ