Bəzi yerlərdə leysan yağır
Tarix: 13-05-2024, 09:34
Baxılıb: 2 629
Google+ Paylaş
Tumblr Paylaş

Bəzi yerlərdə leysan yağır

13-05-2024, 09:34

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AvroMedia.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Qrızda 39 mm, Qax, Qusarda 27 mm, Qubada 26 mm, Göygöldə 24 mm, Şəkidə 19 mm, Gədəbəydə 16 mm, İsmayıllıda 15 mm, Xaltanda 14 mm, Daşkəsəndə 11 mm, Naftalan, Oğuz, Tərtər, Göyçay, Goranboy, Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Yevlax, Zaqatala, Şabran, Qəbələ, Qobustan, Şahbuz, Altıağac, Şamaxı, Ağsu, Naxçıvan, Şəmkir, Tovuz, Balakən, Şahdağ, Kürdəmirdə 10 mm-dək olub.
Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 12-17, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 3-9 dərəcə isti olub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ