Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
Tarix: 22-04-2024, 16:41
Baxılıb: 3 464
Google+ Paylaş
Tumblr Paylaş

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

22-04-2024, 16:41

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
AvroMedia.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Məlumatı onun vəkili Bəhruz Bayramov da saytımıza təsdiq edib.
Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.
Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi. (qafqazinfo)

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ