Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrləri ilə Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edilib.
AvroMedia.az-ın əldə etdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.
Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım