ADA kimi ortalıqda qalan KƏRKİ KƏNDİ
Tarix: 6-04-2024, 21:22
Baxılıb: 3 783
Google+ Paylaş
Tumblr Paylaş

ADA kimi ortalıqda qalan KƏRKİ KƏNDİ

6-04-2024, 21:22

Bu gün istər indiki nəsil olsun, istərsə də gələcək nəsilin vəzifə borcu tariximizi və coğrafiyamızı öyrənmələridir. Bu iki vacib elmdən bizi uzaq salındıq və  70-il müddətində çox şey itirdik. Bu iki elmi öyrənmək vətəndaşlıq borcumuzdur.
Kərki kəndinin bu gün bir ada kimi ortalıqda qalmağına erməni hiyləsi  səbəb oldu. Ermənilər hələ 1930-cu  illərdə Kərki kəndinin ətraf ərazilərini və Sədərəyin  yaylaq və otlaq ərazilərini bir-bir ələ keçirdilər. 1960 cı illərdə kərkinin gizli işğalı daha da sürətləndi. Gah pay kimi, gah da müvəqqəti istifadə adı altında Kərkini üzük qaşı kimi mühasirəyə almağı bacardılar. Bu səbəbdən bu gün Kərki Ermənistan üçün anklav, Azərbaycan üçün isə eksklav ərazi sayılır.
Kərki kəndinin yerləşdiyi ərazinin necə strateji əhəmiyyətə malik olduğunu düşmən yaxşı bilirdi. Hələ 30-40-cı illərdən başlayaraq tarixən Sədərəyə məxsus olmuş bu günki Arazdəyən qəsəbəsin sağ tərəfindən başlayaraq Kərkinin yuxarı hissəsində yerləşən doğma yurdumuz Dərələyiz mahalının Çivə kəndinə qədər olan böyük bir ərazi Sədərəyə məxsusdur və Sədərək yaylaq-otlaq yerləridir. Sədərəkdən Arazdəyən qəsəbəsinə Qaraburun istiqamətində 1 kilometrə yaxın məsafədə Kərki yolu yerləşirdi. Bu yol sağa dönüb 8-9 km məsafədə yerləşən Kərki kəndinə gedir. 80-ci illərin ortalarına qədər min bir hiylə ilə bu yerlərə sahib olmaq istəyən ermənilər daha bir hiyləyə əl atdılar. Arazdəyən Kərkii yolunun 5 kilometrliyində-də avtomobil qəzasında müəmmalı şəkildə vəfat etmiş qatı erməni milliyətçisi Paryurk  Sevark adlı erməniyə həmin yolda abidə salındı. Daha sonra bu abidənin ön hissəsində, yəni Kərki kəndinə 5-kilometr məsafədə 30-35 ev olan ermənii qəsəbəsi salındı. Bütün özbaşınalıqlarına göz yumulduğu üçün daha da ürəklənən ermənilər Həsənqulu bağı istiqamətində irəliləyərək Sədərək kəndinin yuxarı hissəsində yerləşən Həsənqulu bağı deyilən ərazini ələ keçirmək istədilər amma sakinlərin sərt etirazı erməniləri geri çəkilməyə məcbur etdi. Bu geri çəkilmə sadəcə olaraq hiyləgər planın bir hissəsi idi. 1988-ci ildən başlayaraq bütün Qərbi Azərbaycanda olduğu kimi Kərki kəndində də özlərini ev sahibi kimi aparan düşmən silah gücünə əhalinin bu ərazini tərk etməsini tələb etməyə başladı.
Kərki kəndinin strateji üstünlüyünün əsas səbəbi Zəngəzura, Gorus yolu ilə  Qarabağa gedən yol bu kənddən keçir. Bu yollarla bütün təchizatlar, hərbi sursatlar Qarabağa çatdırılırdı. Kərkinin işğalı o dövrdə Qarabağın da işğalını sürətləndirdi. yaxın tarixə nəzər salsaq görərik ki, Kərki kəndidə digər bölgələrimiz kimi məqsədli şəkildə hiylə ilə ələ keçirilmişdir. cəmi 60-70-il  Zəngəzur, Göyçə, Dərələyəz  bölgələrimiz min cür hilyənin qurbanı oldu.
Sənan QACAR(İbrahimov)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ