Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nı təsdiq edib.
AvroMedia.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Bu Qayda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən hazırlanıb, gücləndirilmiş müştəri autentifikasiyasının (GMA) tətbiqinin tələb edilmədiyi halları və ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən GMA ilə bağlı tələbləri müəyyən edir.
Ödəniş xidməti təchizatçısının fəaliyyətinin bu Qaydadan irəli gələn tələblərə uyğunluğu daxili audit xidməti tərəfindən ən azı ildə 1 dəfə yoxlanılmalı, yoxlama üzrə hesabat hər il yanvarın 15-dən gec olmayaraq AMB-yə təqdim edilməlidir. Daxili auditin yoxlama üzrə hesabatı bu Qaydanın tələbləri üzrə qiymətləndirməni, habelə fırıldaqçılıq dərəcələrinin hesablanmasını və tələblərə uyğunluğu əks etdirməlidir.
Bu Qaydada istifadə olunan GMA və digər anlayışlar Qanunda müəyyən edilmiş mənaları ifadə edir.
AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu