İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin.
AvroMedia.az xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov AFFA-nın vitse-prezidenti vəzifəsi təklifi gələrsə, qəbul edib-etməyəcəyi barədə ünvanlanan sualı cavablandırarkən deyib.
"Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir. Çünki hazırda "Qarabağ"dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. İşimiz burdadır. Müzakirə olunmayan mövzu haqda fikir bildirmək... Olsaydı, belə edərdim, onu edərdim. Belə məsələləri xoşlamıram. Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Amma hələ təsdiq olunmayıb. Tam əmin olduqdan sonra insan fikirlərini tam inamlı şəkildə bildirir", - Q.Qurbanov qeyd edib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu