Sahibkarların, fermerlərin  yaxın dostu
Tarix: 5-02-2024, 08:32
Baxılıb: 2 848
Google+ Paylaş
Tumblr Paylaş

Sahibkarların, fermerlərin yaxın dostu

5-02-2024, 08:32


                             (Esse)
Yadıma gəlir ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə milli burjuaziyanı yaratmaq və inkişaf etdirmək üçün sahibkarlara lazım olan kimi şərait yaratdı. Həmin vaxtı mənim rəhmətlik  atam Allahqulu və əmilərim də sahibkarlıqla məşğul olmağa başladılar. Dövlət tərəfindən onlara hər cürə dəstək oldu. 
Dahi Heydər Əliyev on il hakimiyyətdə olduğu müddətdə sahibkarların, fermerlərin dostu oldu və onları lazım olan səviyyədə qorudu. Beləliklə, çoxlu özəl müəssisələr açıldı. İnsanlar işlə təmin olundu. Ölkənin iqtisadiyyatı dirçəldi. İşsizlik ucbatından ölkədən köçüb gedənlərin sayı həddindən artıq çox azaldı. Hətta işləmək üçün  1987-93-cü illərdə xarici ölklərə köçüb gedənlərin də çoxu yenidən  Vətənə qayıdıb, özləri üçün müəssisələr, mağazalar, fermer təsərrüfatları  açdılar. Beləliklə, həmin vaxtı, sahibkarlar, fermerlər bütövlükdə millətimiz, müasir Azərbaycanın ideya müəllifi, memarı, qurucusu ulu öndər Heydər Əliyevin hər bir tapşırıqlarını canla-başla yerinə yetirirdilər. Axı onlar bilirdilər ki, dahi rəhbər həmişə onların yanındadır və həmişə onları qoruyur. 
2003-cü ildə Ulu Öndər xəstələndi və elə həmin il də Prezident seçkiləri başladı. Həmin vaxtı xalqı bu suallar düşündürürdü: “ Dahi Heydər Əliyevin əvəzinə prezident kim olacaq? Bundan sonra sahibkarların, fermerlərin taleyi necə olacaq?”
Artıq həmin vaxtı mən də sahibkarlıqla məşğul olmağa başlamışdım və fikirləşirdim ki, bu maraqlı  işi görməyə mənə mane olan olmayacaq ki? Elə həmin vaxtı xəstəxanada olan Ulu Öndərinxalqa bir müraciəti yayımlandı: “ Mən İlham Əliyevə özüm qədər inandığıma görə çox istəyirəm ki, Azərbaycan xalqı onu prezident seçsin. Çünki o, mənim işlərimi uğurla davam etdirə biləcək və müstəqil Azərbaycanı dağılmağa qoymayacaq”. Bax, elə həmin vaxtı mənim kimi cavanlar Masallıda seçkiyə qatıldıq və gecə-gündüz bütün gücünüzü sərf elədik ki,  Masallı camaatı və Cənub bölgəsinin insanları yalnız İlham Əliyevə səs versinlər. Çünki həmin vaxtı cənab İlham Əliyev deyirdi ki, “mən prezident seçilsəm, hər bir azərbaycanlının prezidenti olacam”. Yəni millət arasında heç bir ayrı-seçkilik qoymayacam. Beləliklə, və xalqın böyük istəyilə cənab İlham Əliyev həmin vaxtı prezident seçildi. Elə ilk gündən də hamıya lazım olan bütün şəraitləri yaratdı və Ulu Öndərin on ildə gördüyü işləri uğurla davam etdirdi. Cənabİlham Əliyevin prezidentliyinin elə birinci ili sahibkarlara, fermerlərə çox güzəştli şərtlərlə və uzun müddətli, az faizlə kreditlər verildi. Biz cavan sahibkarlar, fermerlər də bundan lazım olan kimi  yararlandıq. Öz işlərimizi genişləndirdik. Az bir vaxtda cənab İlham Əliyev xarici sərmayədarları da ölkəmizə dəvət elədi və onlar yerli sahibkarlarla, fermerlərlə iş birliyi qurdular. Beləliklə, ölkə günü-gündən çiçəklənməyə başladı. Kəndlər, rayonlar, şəhərlər simasını dəyişdi və gözəlləşdi. Çoxlu müasir tipli yollar, körpülər çəkildi. Sosial obyektlər, məktəblər, xəstəxanalar tikildi. Olimpiya kompleksləri yaradıldı. Ölkəmizdə qaz, işıq, su problemi demək olar ki, həll olundu. Həmin vaxtlar Masallıda və Cənub bölgəsində də çox işlər görüldü. Ulu Öndərin başladığı ordu quruculuğu sürətləndi. Çoxlu cavan zabitlərimiz xarici ölklərə gedib, təhsillərini artırdılar və qayıdıb gələndən sonra həmin biliklərini ordumuzda tətbiq etməyə başladılar. Məhz buna görə də ikinci prezident seçkilərində də xalqımız yenə də cənab İlham Əliyevi prezident seçdi. XX əsrin ən böyük neft layihəsi- Bakı-Tiflis- Ceyhan ulu öndər Heydər Əliyevin adı ilə bağlanmışdısa, XXI əsrdə Bakı-Tiflis-Qars qaz kəməri və dəmir yolu da cənab İlham Əliyevin adı ilə tarixə düşdü. Ölkəmizin iqtisadiyyatı çox yüksəldi. İnsanların rufah halı yaxşılaşdı...
Üçüncü prezident seçkilərindən sonra cənab İlham Əliyev gördü ki, xalq bütövlükdə onun arxasında dayanıb və  bəzi xarici ölkələr, əsasən də qardaş Türkiyə, Pakistan, İsrail də bizimlə lazım olan kimi dostluq edir və beləliklə, Qarabağı erməni gavurlarından almaq olar. Deməli, bu məqamdan, vaxtdan ustalıqla istifadə eləmək lazımdır.
Beləliklə, 2020-ci ilin sentyabr ayının 27- də ermənilərin Allah ağlını başından aldı və onlar bizə hücum elədilər. Erməni gavurları elə fikirləşirdilər ki, tezliklə Azərbaycanın bütün torpaqlarını işğal eləyəcəklər və hətta Bakını da ələ keçirib, “dənizdən-dənizə Ermənistan” arzularını reallaşdıracaqlar. Çünki özlərinə güvənirdilər ki, çox güclü orduları və çoxlu silah-sursatları var. Rusiya və Fransa da onlara lazım olan kimi köməklik edəcək. Amma onların fikirləşdiyi kimi olmadı və cəmi iki günə Azərbaycan ordusu cəbhədə  bütün üstünlüyü əla aldı. Elə Suqovuşanı bizim ordumuzun ələ keçirməsilə ermənilərin beli qırıldı. Həm də prezidentimiz cənab İlham Əliyevin ağıllı siyasəti, Ali Baş Komandan kimi maraqlı planlar qurması və xalqımızın da, prezidentin, ordunun arxasında sıx birləşməsi hər şeyi həll elədi. Ermənilər gözlərini açıb-yumanda gördülər ki, Azərbaycan əsgərləri Şuşadadır və gavurları qanlarına qəltan eləyirlər. Onlar məcbur olub Xankəndinə qaçmağa və oradan da maşınlara minib, Kəlbəcər yolu ilə Ermənistana qaçmağa başladılar. Həmin vaxtı Rusiyanın prezidenti Vladimr Putin onların “qanının arasına” girib, atəşkəs elan olunması üçün cənab İlham Əliyevdən xahiş elədi. Beləliklə, 2020-ci ilin 10 noyabr tarixində atəşkəs elan olundu. Az bir vaxtda Ağdam, Kəlbəcər və Laçın da heç bir silah işlədilmədən Azərbaycana qaytarıldı. Beləliklə, başda Azərbaycanın tacı olan Şuşa olmaqla  torpaqlarımızın 15-16 faizi erməni gavurlarından təmizləndi.
Ermənilər hələ də bu məğlubiyyətlə razılaşmaq istəmir və beynəlxalq təşkilatları da bizim üstümüzə qaldırmaqla istəyirdilər torpaqlarımızı yenidən işğal eləsinlər. Əsasən də Şuşanı geri qaytarsınlar. Çünki onlar Azərbaycan əsgərlərinin şücaəti, igidliyi sayəsində Şuşadan qaçmalarını, tülkü kimi qorxaq olmalarını həzm edə bilmirdilər. Amma bu bədbəxtlər başa düşə bilmirdilər ki, cənab İlham Əliyev məqam gözləyir ki, qalan torpaqlarımızı da geri alaq. Həmin gün də yarandı. 2023-cü ilin sentyabr ayının 23-də 23 saatlıq antiterror və lokal xarakterli döyüşlər aparmaqla, cəsur  əsgərlərimiz gavurları ağ bayraq qaldırmağa məcbur elədilər... Bununla da torpaqlarımız bütövlükdə erməni gavurlarından tam azad olundu.  Üçrəngli bayrağımızƏsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndində, Xocalıda dalğalandı. 
İnanın mən üçrəngli bayrağımızın Xocalıda dalğalandığını görəndə çox kövrəldim. Və sevindim ki,Xocalı şəhidlərinin intiqamını axır ki, erməni gavurlarından az da olsa  aldıq. Və inanıram ki, Xocalıda qırğın törədən, günahsız  həmvətənlərimizi şəhid edənlərin hamısı tezliklə məhkəmə qarşısında dayanacaq. Artıq onlardan bir neçəsi Dövlət Təhlükəsizlik Komitəmizin qoçaq, barcarıqlı işçiləri tərəfindən  həbs olunublar və lazım olan kimi cəzalarını alacaqlar.
Bax, bütün bu qəhrəmanlıqların başında əlbəttə, Ali Baş Komandanımız cənab İlham Əliyev dayanır. Onun dəmir yumruğunun, iti ağlının, böyük siyasətinin və qüdrətli ordumuzun sayəsində torpaqlarımızı azad elədik. Qarabağda böyük quruculuq işlərinə başladıq. Beynəlxaq səviyyəli Təyyarə limanları tikdik.
Deməli, bu seçkidə də biz bir millət olaraq, hamılıqla  cənab İlham Əliyevə səs verməliyik və onu yenidən  prezident seçməliyik. Çünki qarşıda hələ daha çoxlu işlərimiz var. Qərbi Azərbaycana həmvətənlərimiz qayıtmalıdır. Zəngəzur dəhlizi açılmalıdır. Naxçıvanla otuz ildir ki, bağlanan sərhədlərimiz bərpa olunmalıdır. Bax, elə bu məqamda böyük sərkərdəmiz Şah İsmayılın bu sözləri yadıma düşdü: “Bilin ki, altı müqəddəs işi bizim üçün əmanət qoyub babalarımız. Vətənimiz. Dilimiz. Dinimiz. Mədəniyyətimiz. Qeyrətimiz. Qüdrətimiz. Biz də onları qoruyub gələcək nəsillərə ötürməliyik. Əgər sizin damarlarınızda igidlərin, qoç babaların qanı axırsa, onda ayaqlara düşmüş, parça-parça olmuş Vətəni, azad etməkçün yumruq kimi birləşməliyik. Bilin ki, Allahdan sonra ən böyük din Vətəndir. Vətən iman əsəridir.  Biz Vətənin azadlığı, birliyi naminə xalqın, elin inamından, gücündən, birliyindən istifadə etməliyik. Milli birliyi və inamı olmayan xalq ölümə məhkumdur. Bu inam və birliyimiz olsa, bu, bizi həmişə qələbələrə aparacaq”.
Bəli. Mən də inanıram ki, cənab İlham Əliyev yenidən  prezident seçiləndən sonra bizə diş qıcıyan, bizi özümüzün  müqəddəsyolumuzdan döndərmək istəyən xarici təşkilatlarla və əsasən də Arvopa Şurası ilə lazım olan kimi hesablaşacağıq.  Onları yerlərində oturdacağıq. Çünki xalqımızın çox güclü milli birliyi və qüdrətli ordumuz var. Atalarımız da deyir ki, “hər şeyin zaman ehtiyacı var. Və ağıl olan yerdə gücə heç bir hacət yoxdur”.
Qadir ZEYNALOV,
Sahibkar,
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ