İrəvanı silkələyən Qasımov: MTX yalan deyir, özüm çəkmişəm
Tarix: 6-12-2023, 23:13
Baxılıb: 2 603
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanı silkələyən Qasımov: MTX yalan deyir, özüm çəkmişəm

6-12-2023, 23:13

Səfərim və çəkilişim Ermənistanda səs-küyə səbəb olub. Onlar elə bilib ki, mən İrəvandan 4-5 gün öncə gəlmişəm. Dərhal gedib, həmin evin bəzi yerlərinə əl gəzdiriblər, qarajları boyayıblar ki, videonun saxta olduğunu sübut etsinlər.
Bu sözləri Axar.az-a hərbi ekspert Telman Qasımov İrəvanda bir zamanlar yaşadığı məhəllədən çəkdiyi videonun ermənilər tərəfindən “saxta” adlandırılmasına münasibət bildirərkən deyib.
O, videonu bu il şəxsən çəkdiyini bildirib:
“Çəkilişi bu il etmişəm. Əlbəttə ki, təşvişdədirlər. Dörd gündür susub, ardınca bu gün rəsmi açıqlama verirlər ki, guya video 2017-ci ildə çəkilib. Nəsə düzüb-qoşublar. Mənim yazılarım deyil, ümumiyyətlə, mən belə yazmıram. Səsimi oxşatmağa çalışıblar və elə təqdim ediblər ki, guya erməni dilini zəif bilirəm. Daha bilmirlər ki, dili mükəmməl bilirəm. Məntiqli deyil: 2017-ci ildə çəkilən videonu 2023-cü ildə niyə yayım? Elə 2020-ci ildə 44 günlük Vətən müharibəsində yayardım da. Müharibənin daha gərgin vaxtında yayıb, vəziyyəti daha da ağırlaşdıra bilərdim. Niyə o zaman etməyib, videonu indi yayıram ki! Təbii, olan bir şeydir. İstənilən dövlətin ərazisinə kimsə qeyri-qanuni girirsə, Dövlət Təhlükəsizlik Xidməti buna başı ilə cavabdehdir. Odur ki, nə isə açıqlama verməlidir. Onlar da çıxış yolunu bu cür açıqlama verməkdə görüblər. Normal yanaşıram. Cəmiyyəti sakitləşdirməkdən, ictimaiyyətə yalan sırımaqdan ötrü bunu deyiblər. Qoy desinlər, əsas odur, mən etmişəm, işimi də görmüşəm”.
Hərbi ekspert İrəvana getməsinin səbəblərini də açıqlayıb:
“İrəvana getməkdə məqsədim evi görmək və onlara bir daha sübut etmək idi ki, sizin nə sərhədləriniz normal qorunur, nə də təhlükəszilik məsələniz həll olunub. Mən onları xəbərdar etmişdim. Laçın yolundakı aksiya zamanı, 2022-ci il dekabrın 12-də demişdim ki, İrəvana gələcəm və öz evimdən, məhəlləmdən video çəkib paylaşacağam. Dediyim kimi də etdim və video-görüntülər də əlimdə var: Getdim, gördüm, ziyarət etdim və qayıtdım”.
Qeyd edək ki, T.Qasımovun İrəvandakı övlərindən yaydığı video Ermənistanda geniş əks-səda doğurub. Ermənistan MTX açıqlama yayaraq, bu videonun 2017-ci ildə T.Qasımovun erməni tanışı tərəfindən çəkilərək göndərildiyini, hərbi ekspertin isə öz səsini ora əlavə edərək, yaydığını bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ