Şəhid anası Prezidentdən ƏFV İSTƏYİR
Tarix: 22-11-2023, 22:30
Baxılıb: 2 539
Google+ Paylaş
Tumblr Paylaş

Şəhid anası Prezidentdən ƏFV İSTƏYİR

22-11-2023, 22:30

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Surəti:              Azərbaycanın Birinci xanımı, Vitse  
Prezident 
xanım Mehriban Əliyevaya  
Tərtər rayonun Kəngərli kənd sakini, şəhid anası Nərminə Fürudun  qızı Abbasova tərəfindən
                                             MÜRACİƏT
Cənab İlham Əliyev!
Hörmətli Mehriban xanım!

İki oğul anasıyam.  Bir oğlum Abbbasov Emin 2016-2017-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib. 2020-ci ildə hərbi səfərbərliyə çağrılıb. 44 günlük  Vətən müharibəsində qəhrəmanlıqla iştirak edərək,  Prezidentimizin fərmanı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.  Nümunəvi xidmətinə görə hərbirdə saxlanılıb. Əvvəl çavuş, sonra isə kəşfiyyatçı kimi xidmət göstərib. Türkiyədə hərbi liseydə təhsil alaraq gizir rütbəsinə yüksəlmişdir. Nişanlı idi... 2023-cü il sentyabr 18-də toyunu etdik. sentyabrın 19-da lokal xarakterli antiterror müharibədə vənətənimizin azadlığı və ərazi bütövlüyümüzün bərbası üçün bir günlük müharibədə  qəhrəmanlıqla döyüşərək şəhid olub.
Bir oğlum Abbasov Zamin Faiq oğlu  yeniyetmə dövründə, hələ əsgərliyə getməmişdən öncə 2019-cu ildə təsadüf nəticəsində məcburi cinayətə sövq edilərək, həmin cinayətdə iştirak etmiş və  cinayətin ört-basdır edilməsində köməkçi olmuşdur. Cinayəti törədən kəs törətdiyi cinayəti yeniyetmə oğlumun üzərinə yıxaraq, onun məsuliyyətə cəlb olunmasına çalışmışdır. Əslində Zaminin  bir gənc kimi məcburi cinayətə cəlb olunmasını məhkəmə nəzərə almalı idi. Hətta oğlum barədə heç kəs şikayətçi deyildi.  Bilirdilər ki, o günahsızdı bu işdə. Hal-hazırda oğlum Zaminin üzərində  11 il iş var.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev!
Birinci Vitse Prezidentimiz xanım Mehriban Əliyeva!
Siz Azərbaycanımızın azadlığı uğrunda genişmiqyaslı güclü diplomatik siyasət aparırsınız. Bunun nəticəsidir ki, xalqı Dəmir Yumruq altında birləşdirib   torpaqlarımızın azdlığını və vətənimzin ərazi bütövlüyünü Müzəffər Ordumuzun sayəsində bərpa etdiniz. Böyük  Zəfər tarixini yazdıız. Xalq sizi çox sevir. Bir şəhid anası kimi mən də  Sizinlə fəxr edirəm. Sevinirəm ki, bu qələbədə oğlum Emin Abbasovun da payı var.
Cənab Prezident mən Sizi Koroğluya, Babəkə, Şah İsmayıla, Mehriban xanımı isə  Tomrisə, Sara Xatuna, Taclı Bəyimə bənzətmişəm həmişə. Siz hər zaman şəhid analarına hörmətlə yanaşıb, onların oğul dərdinə şərik olmusunuz. Onların istəyinə biganə qalmamısınız. Sizinlə bütün şəhid anaları kimi mən də fəxr edir, qürur duyuram və  inanıram ki, bir şəhid anası kimi mənim də istəyimi, arzumu yeinə yetirəcəksiniz.
Xahiş edirəm ki, bu ağrılı,  xəstə düşdüyüm, tək, kimsəsiz qaldığım bir zamanda,  oğlum Zamini əfv edəsiniz.
Hər ikinizdən xahiş edirəm. Mən indi tək qalmışam. Ürək və şəkər xəstəsiyəm. Həyat yoldaşım da ağır xəsətədir. Səhətimizin belə bir vaxtında  köməyə çox ehtiyacımız var. Oğlum Zamini əfv etsəniz, elə bilərəm ki, şəhid balamın da ruhu şad olar. Bir ana kimi yaşamaq haqqım özümə qaytarılar. Sizdən son dərəcə xahiş edirəm səsimə səs verin. Oğlumun əvf olunmasında bizə yardımçı olun.
Sizə bir şəhid anası kimi sonsuz təşəkkür edirəm-
Şəhid anası Nərminə Fürudun  qızı Abbasova
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ