Azərbaycan Meliorasiya Elmi Tədqiqat institutunun elmi konfrans zalında görkəmli alim, texnika elmləri doktoru professor Abdulla Qasım oğlu Axundovun 110-illik anım günü keçirilib. tədbirin təşkilatçısı, Dövlət Su Ehtiyatları agentliyinin əməkdaşı, iqtisadçı ekspert Sənan İbrahimov konfransı giriş nitqi ilə açdıqdan sonra elmi tədqiqat institutunun alimləri Abdulla Axundov haqqında elmi məruzə və publisist xatirilərlə çıxış ediblər. Tədbirdə alimin yaxın qohumları və Sədərək rayon ziyalıları ictimai xadimləri də çıxış ediblər.
Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı