Bu sürücülər 150 manat cərimə olunacaq – Xəbərdarlıq
Tarix: 11-09-2023, 15:47
Baxılıb: 1 499
Google+ Paylaş
Tumblr Paylaş

Bu sürücülər 150 manat cərimə olunacaq – Xəbərdarlıq

11-09-2023, 15:47

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərinin texniki vəziyyətinə səhlənkar yanaşan sürücülərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən məsuliyyət daşıdığını və bu prosesin daim diqqətdə saxlanılmalı olduğunu bildirib.

Onun sözlərinə görə, bu, “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir:

“Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır.

Belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur. Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşdırdıqda ciddi sıxlığa, bəzən isə tıxaca səbəb ola bilir".

"Hər bir sürücü daha vacib və ciddi olan bir məqamı da unutmamalıdır ki, nasaz nəqliyyat vasitəsilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa, bu halda həmin şəxsin məsuliyyəti daha da dərinləşir. Nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü, sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını qorumaqla yanaşı, şəxsi bütün hallarda məsuliyyətdən uzaqlaşdırır.

Beləliklə, digər hərəkət iştirakçılarının haqlı narazılığına və narahatlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlaması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək, avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər”, - deyə Araz Əsgərli vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ