Sabah Bakıya yağış yağacaq
Tarix: 12-07-2023, 14:07
Baxılıb: 1 536
Google+ Paylaş
Tumblr Paylaş

Sabah Bakıya yağış yağacaq

12-07-2023, 14:07

İyulun 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ