Qurban əti yuyulmalıdır, yoxsa?
Tarix: 21-06-2023, 15:19
Baxılıb: 1 554
Google+ Paylaş
Tumblr Paylaş

Qurban əti yuyulmalıdır, yoxsa?

21-06-2023, 15:19

Qurban bayramı yaxınlaşdıqca insanları bəzi suallar düşündürür. Bunlardan biri də “Qurban əti yuyulmalıdır, yoxsa yox?” sualıdır. Əgər əti yumağın sağlam və ya zərərli olduğunu bilmirsinizsə, bu yazımızı oxuyun.

Qurban bayramında qılınan namazdan sonra qurban ətinin ən azı bir neçə saat dincəlməsi tövsiyə olunur.

Bu müddətdə ətin qanını tərk etməsi və temperaturunun aşağı düşməsi gözlənilir.

Bu prosesdən sonra qurban əti saxlandıqları qabdan götürülür, qanı təmizlənir.

Daha sonra veriləcək və yeyiləcək porsiyalar ayrılır, qablaşdırılmalı olanlar ətin daşına biləcəyi qablara və yaxud torbalara bölünür və paylama prosesi vaxt itirmədən həyata keçirilməlidir.

Düzgün şəraitdə kəsilən qurban ətinin yuyulması məsləhət görülmür.

Ancaq ətdən qanı çıxarmaq üçün bir qədər gözləmək çox vacibdir.

Ət qandan təmizləndikdən sonra üzərində yad cisim və qalıqların olub-olmadığını yoxlamaq və yad cisim varsa təmizləmək çox vacibdir.

Əgər kəsim və ya istirahət zamanı ət pişik-it-böcək kimi müxtəlif heyvanlara toxunarsa, zədələnmiş nahiyə ətdən bıçaqla kəsilməli və bakteriya böyüməsinin qarşısı alınmalıdır.

Əgər əti dondurucuda saxlayacaqsınızsa, bu halda onu yumaq da məsləhət deyil, çünki yuduğunuz ətin üzərində qalacaq su damcıları da əlavə buzlanmaya səbəb olacaq və onu əritdiyiniz zaman ərimiş su damlalar yenə bakteriya əmələ gəlməsi prosesini sürətləndirəcək.

Qeyd: Yuyulmaq üçün isti və ya soyuq suyun istifadəsi bakteriyaların əmələ gəlməsi prosesinə müsbət təsir göstərmir. Soyuq və ya otaq temperaturunda su bakteriya əmələ gəlməsini artırarkən, isti su ilə yuyulduqda ətin üzərində bakteriya əmələ gəlməsi prosesi sürətlənəcək və ətin quruluşu pis olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ