Bulvarda skuterlərin sürət həddi müəyyənləşdi
Tarix: 12-06-2023, 13:52
Baxılıb: 1 545
Google+ Paylaş
Tumblr Paylaş

Bulvarda skuterlərin sürət həddi müəyyənləşdi

12-06-2023, 13:52

Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddinin maksimal olaraq 17 km/saat olması qərara alınıb.

Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.

Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək//axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ