Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsi(QMİ) sədrinin müavini Fuad Nurullayev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 19-na təsadüf edəcək: "Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanlar İdarəsi olaraq Şamaxı Rəsədxanasına sorğu göndərmişik. Bizə təqdim olunan cədvələ əsasən, bu il Məhərrəmlik ayının ilk günü iyulun 19-a, Aşura günü isə iyulun 28-nə təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".
Fuad Nurullayev
Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı sentybarın 16-da bitəcək: "Həm Məhərrəm, həm də Səfər aylarında elimizin adətinə görə, Peyğəmbər, onun ailəsinə ehtiram və hörmət olaraq, imam Hüseynin şəhadətinə dəyər verərək biz toylarımızı təxirə salırıq. Əgər Məhərrəm ayı 19 iyulda daxil olursa, Səfər ayı sentyabrın 16-da bitəcək"//metbuat.az


ABŞ İranın Qeşm adasına yeni raket zərbələri endirdi
İrandan adalarla bağlı ABŞ-yə xəbərdarlıq
İnsultun gecə ƏLAMƏTLƏRİ
Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin SİYAHISI
"Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər
Bakı–Balakən-Bakı qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Şirkətlər bu bankdan niyə qaçır?
Azərbaycanlı dənizçilərə çağırış edildi
İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
Alzheimer xəstəliyi riskini artıran amillər