Kredit ödəyənlərin DİQQƏTİNƏVİDEO
Tarix: 13-03-2023, 21:33
Baxılıb: 1 979
Google+ Paylaş
Tumblr Paylaş

Kredit ödəyənlərin DİQQƏTİNƏVİDEO

13-03-2023, 21:33

Bəzi banklarda kreditin ödəniş vaxtı həftəsonuna düşdükdə müştərilərdən daha tez ödəniş etmək tələb olunur, əks təqdirdə borc gecikdirilmiş sayılır və buna görə cərimə faizi hesablanır, ancaq eyni yanaşma əmanətlərə görə vətəndaça verilən faizin qaytarılması zamanı tətbiq edilmir və proses növbəti iş günlərinə salınır.
Vətəndaşlar məsələylə bağlı öz iradlarını bildirdilər və sorğu zamanı belə hallarla qarşılaşdıqlarını dedilər:
“Altı-bazar banklar bağlı olur və gecikmə olur, zəng eliyib deyirlər ki, pulu öncədən gətirin”.
“Altı-bazara düşür, ödəmirəm gecikmə kimi hesablanır üstünə faiz gəlir. Bəzənsə əvvəlcədən zəng eliyib borcu əvvəl ödəməyi istəyirlər, ödəmədikdə isə gecikməyə salırlar”.
Vəkil Anar Ramazanovun sözlərinə görə öhdəliklərin icrası mülkü məcəllə ilə tənzimlənir. Belə ki vətəndaşın ödəniş etməli olduğu gün, yəni öhdəliyin icra olunacağı gün qeyri-iş gününə düşərsə, ödəniş növbəti iş gün edilməlidir:
“Eyni zamanda həmin gündən sonra gələn, yəni öhdəlik icra edildiyi gün qeyri-iş gününə düşərsə, növbəti iş günü icra edilən öhdəlik heçbir halda gecikmə sayılmamalıdır və banklar buna görə vətəndaşdan əlavə faiz, ödəniş və cərimə tutmamalıdır”.
Vəkil qeyd edir ki, vətəndaş qanuni olaraq növbəti iş günü ödəniş etdiyi halda kreditor əlava faiz və ya cərimə tələb edə bilməz:
“Hər bir vətəndaşın hüququ var ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı aidiyyati dövlət qurumlarına, yəni antiinhisar siyasəti və istehlakçı hüquqlarının müdafiəsiylə bağlı dövlət xidmətinə eyni zamanda məhkəməyə müraciət edərək özündən alınmış və ya tələb olunmuş artıq borcun silinməsini və özünə dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər”.
Azərbaycan Banklar Assosiyasiyasından sorğumuza cavab olaraq bildirildi ki, əgər öhdəliyin icrası günü qeyri-iş gününə düşərsə, proses növbəti iş günü icra olunmalıdır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ