Acı xatirələr hər kəsi kövrəltdi-XOCALI FACİƏSİ
Tarix: 25-02-2023, 14:09
Baxılıb: 2 422
Google+ Paylaş
Tumblr Paylaş

Acı xatirələr hər kəsi kövrəltdi-XOCALI FACİƏSİ

25-02-2023, 14:09

Qaradağ rayonunda Xocalı soyqırımının 31-ci ildönümü qeyd edildi.
 Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş ədəbi-bədi kompozisiya və dəyirmi masa keçirildi.                                                                                
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon Məhkəməsinin sədri Azər Paşayev,başçının müavinləri və şöbə müdirləri, rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələri iştirak etdilər.
 Əvvəl ədbir iştiakçıları  Heydər Əliyev Mərkəzinin komputerlər otağında Qaradağ gənclərinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya parlamentlərinə yolladıqları müraciətlərlə tanış oldular və müraciət edən gənclərlə söhbət etdilər.
Daha sonra Mərkəzin Foyesində tədbirin davamı olaraq  Qaradağ rayon 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təqdimatında Xocalı soyqırımına dair rəsm əsərlərinin sərgisinə baxış oldu  və ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Sonra Dəyirmi masa iştirakçıları tərəfindən  Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri açaraq  qeyd etdi ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Eyni zamanda, şəhidlərimizin qisasının alındığını  qeyd edən Süleyman Mikayılov  Qaradağ rayonunda Xocalıdan olan 206 vətəndaşımızın məskunlaşdığını, onlardan 28-inin şəhid ailəsi olduğunu, 44 Günlük Qələbədən sonra Xocalıdan olan köçkünlərin də tezliklə doğma torpaqlara dönəcəyinə ümidvar olduğunu bildirdi.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında Azərbaycan xalqının torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutduğunu, onları ehtiramla yad etdiyini bildirdi. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı soyqırımına hüquqi siyasi qiymət verildi və artıq dünyanın 20-dən çox ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını qətiyyətlə pisləyən qətnamələr qəbul edilmişdir.Heydər Əliyev Fondu tərəfindən aparılan  uğurlu "Xocalıya Ədalət "kampaniyası nəticəsində artıq dünya ictimaiyyəti Xoçalı Söyqırımının mahiyyətini anlayır və Azərbaycan xalqının dərdinə acıyır. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bunun isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsi olduğunu Qafar Əliyev qeyd etdi.
Tədbirdə şəhid ailəsi Fəridə Cabbarova, Elməddin Həsənov və Elmira Kərimova  çox təsirli və göz yaşları ilə çıxış edərək, faciə nəticəsində çəkdikləri əzabdan, başlarına gələn müsibətlərdən danışdılar. Acı xatirələr tədbirdə iştirak edən hər kəsi kövrəltdi. Xocaqlıdan olan Şəhid ailələrinin üzvləri onlara dövlət rəhbərliyi, Heydər Əliyev Fondu və Rayon rəhbərliyi tərəfindən göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə razılıq bildirməklə  ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə  minnətdarlıqlarını bildirdilər.
Rəşad Şirəliyev


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ